Gənclər təhlükədə...
Paralel.az xəbər verir ki, sosial şəbəkədə müzakirələr zamanı yeniyetmə və gənclər arasında narkotik maddələrin satışının təşkil edilməsi barədə iddialar səslənir.
Xəbərlərə görə, mövcud məsələ "ARB24"də yayımlanan "İş vaxtı" verilişində müzakirə edilib.
Məsələyə münasibət bildirən DİN Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev deyib ki, bu iddiların heç bir əsası yoxdur:
"Azərbaycanda orta təhsil müəssiləri, liseylərdə heç bir fakt qeydə alınmayıb. Bu, xaricdən idarə olunan müxtəlif səhifələr tərəfindən dövriyyəyə buraxılan informasiyalardır".
Şahnaz Salehqızı