NİDA-çılar azadlığa buraxıldı

NİDA-çılar azadlığa buraxıldı
 

Onlara üstüstə 188 min manat təzminat ödəniləcək

Paralel.az xəbər verir ki, noyabrın 19-da Ali Məhkəmənin Plenumunun iclasında “Nida” Vətəndaş Hərəkatının İdarə Heyətinin 4 keçmiş üzvü - Zaur Qurbanlı, Rəşadət Axundov, Rəşad Həsənov və Üzeyir Məmmədlinin işinə baxılıb.

Ali Məhkəmənin qərarına əsasən, onların barəsində cinayət işinə bəraətverici əsaslarla xitam verilib.

Qanunsuz və əsassız həbsdə saxlandıqlarına görə onlara ümumilikdə 188 min manat təzminat ödənilməsi də qərarda əksini tapıb.

Qeyd edək ki, “NİDA” Rəşadət Axundov, Üzeyir Məmmədli, Rəşad Həsənov, Zaur Qurbanlı 2013-cü ildə həbs olunublar.
Akif Nəsirli

0.018650054931641