Ermənilər Tovuzu növbəti dəfə atəşə tutdu

Ermənilər Tovuzu növbəti dəfə atəşə tutdu
 

Paralel.az MN-ə istinadən xəbər verir ki, Ermənistan silahlı qüvvələri Tovuz rayonu istiqamətindəki mövqelərimizi növbəti dəfə atəşə tutub

Ermənistan silahlı qüvvələrinin bölmələri  noyabrın 18-si saat 14:10-dan etibarən Şəmşəddin rayonunun Çinarlı kəndi istiqamətində yerləşən mövqelərindən Tovuz rayonunun Koxanəbi kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini heç bir səbəb olmadan növbəti dəfə atıcı silahlardan intensiv atəşə tutublar.
Cavab atəşi ilə qarşı tərəf susdurulub.
Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.
A.Nəsirli

0.016446113586426