Maska taxmaq virusa yoluxmanı daha çox azaldır

Maska taxmaq virusa yoluxmanı daha çox azaldır
 

Paralel.az-ın məlumatına görə,  rus mediası xəbər verir ki, maska taxmaq koronavirusa yoluxma hallarını 53 faiz azaldır: “Bu, əhəmiyyətli bir nəticədir. Bu o deməkdir ki, maskalar COVID-19-un yayılması ilə mübarizədə effektiv tədbirdir.
Xüsusilə dünyanın bir çox ölkəsində bütün əhalinin peyvənd olunmadığı və qorunma effektivliyinin 100 % "ideal" olmadığını nəzərə aldıqda, bu, zəruri variantdır.
Əllərin yuyulması infeksiyaya yoluxma şansını 50%-dən çox azaldır. Sosial məsafəyə riayət etmək bir qədər az təsir göstərir. Bu tədbir xəstələnməni 25% azaldır .
Çoxsaylı qoruyucu və sosial tədbirlər, o cümlədən əlləri yumaq, maska taxmaq və məsafə saxlamaq COVID-19-a yoluxma şansını azaldır.  

Sərhədlərin bağlanması, karantin və özünütəcrid, məktəblərə, universitetlərə və ofislərə baş çəkmək qadağası kimi tədbirlər əlavə olaraq araşdırılmalıdır. Hazırda bu tədbirlər haqqında məlumatlar dağınıqdır və onları müqayisə etmək olduqca çətindir”.
Nigar
0.01042103767395