Köhnə liftlər yenilənir

Köhnə liftlər yenilənir
 

Paralel.az xəbər verir ki, Bakıda köhə tikililərdəki istismarı başa çatmış liftlər yeniləri ilə əvəz olunur. .

Yenilənmə işləri paytaxtın Binəqədi rayonu 9-cu mikrorayon ərazisində artıq bir aya yaxındır ki, davam edir. İşlər mərhələli şəkildə aparılır.

İlkin mərhələdə köhnə qapı çərçivələri və liftlər konstruksiyaları ilə birlikdə sökülür. İkinci mərhələdə isə yeni liflər üçün konstruksiylar quraşdırılaraq çərçivələr yenisi ilə əvəz olunur.

Cari ilin aprel ayından başlayan işlər paytaxtın Nizami, Binəqədi və Xətai rayonlarında aparılır.

Bakı “Lifttəmir” İstehsalat Birliyinin direktoru Xalid Ələkbərovun sözlərinə görə, növbəti ildən daha 2503 liftin yenilənməsi nəzərdə tutulub.
Akif Nəsirli

0.043784856796265