Ermənistan SQ atəşkəsi pozub

Ermənistan SQ atəşkəsi pozub
 

Paralel.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan silahlı qüvvələri Tovuz rayonu istiqamətindəki mövqelərimizi atəşə tutub

Ermənistan silahlı qüvvələrinin bölmələri  noyabrın 17-si saat 17:54-dən 22:52-dək Şəmşəddin rayonunun Çinarlı, Muğancıq kəndləri istiqamətində yerləşən mövqelərindən Tovuz rayonunun Muncuqlu, Ağbulaq, Qoşa, Koxanəbi və Əsrik Cırdaxan kəndləri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə müxtəlif çaplı atıcı silahlardan atəşə tutublar.
Qarşı tərəf cavab atəşi ilə susdurulub.
Qeyd edək ki, bir qədər əvvəl Ermənistan Müdafiə Nazirliyi fəyk məlumat yayaraq bildirmişdi ki, guya Azərbaycan Ordusu Tovuz rayonu istiqamətdə atəşkəsi pozub.
Akif Nəsirli

0.014441013336182