Təbrizdə havanın çirklənməsi təhlükəli həddə çatıb

Təbrizdə havanın çirklənməsi təhlükəli həddə çatıb
 

Paralel.az xəbər verir ki, Təbrizdə atmosferin çırklənmə səviyyəsi barədə Şərqi Azərbaycan Ətraf Mühitin Mühafizəsi Baş İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin başçısı Davud Qasımzadə məlumat verib.

Davud Qasımzadə Təbrizdə havanın çirklənmə dərəcəsinin yüksək olduğuna görə həssas yaş qrupları üçün təhlükəli olduğunu və yaxın günlərdə bunun bütün yaş qruplarını ehtiva edəcəyini deyib.

“Hazırda Təbrizdə havanın çirkliliyi 149 olaraq həssas yaş qrupları üçün təhlükəlidir.

Bu 151-ə yüksəldiyi halda bütün yaş qrupları üçün təhlükə doğuracaq”-deyə, Qasımzadə bildirib.

O, havanın çirklənməsinə əsas səbəb kimi nəqliyyat vasitələrini, zavodları və Təbrizin istilik elektrik stansiyasında mazutdan istifadəni göstərib.
Akif Nəsirli

0.011111974716187