Erməni mediası Azərbaycan Ordusunun irəlilədiyini yazır

Erməni mediası Azərbaycan Ordusunun irəlilədiyini yazır
 

Paralel.az xəbər verir ki, Erməni mediası, Azərbaycan hərbçiləri Sisian şəhərinin 7 kilometrliyində olduğu barədə məlumat yayıb.

Erməni nəşri olan "Aykakan jamanak" yazır ki, atışmanın başlamasına səbəb Azərbaycan hərbçilərinin Ermənistan SQ-dən iki döyüş postunu tərk etmə tələbləri olub.

Məlumatlar hələ ki, heç bir tərəfdən rəsmən təsdiqlənməyib. Amma sosial şəbəkələrdə yayılan video-görüntülərdə Azərbaycan əsgərlərinin erməni əsgərlərini hansısa postdan çıxardığı öz əksini tapıb.
Akif Nəsirli

--

0.283371925354