General H.Həsənov hospitalda müalicədədir

General H.Həsənov hospitalda müalicədədir
 

Paralel.az xəbər verir ki, general-mayor Hikmət Həsənovun Zəfər Günü Şuşada generallarla görüşdə iştirak etməməsinə səbəb generalın Birinci Ordu korpusu komandirliyindən azad edilərək, və Hərbi Akademiyada xidmətə davam etdirməsi olub.

Qeyd edək ki, bir müddət əvvəl bununla bağlı mediada müəmmalı suallar səsləndirilmişdir.

Məlumata görə, Hikmət Həsənov ötən il noyabrın 20-də təhvil verilən Ağdama daxil olarkən kalonun başında zirehli maşınla hərəkət edib. Bu zaman maşın minaya düşüb və general ağır xəsarət alaraq bel nahiyəsində 3 sınıq əmələ gəlib. General hazırda hospitalda müalicəsini davam etdirir.
A. Nəsirli

0.014045000076294