Qrant bazarı yoxsa real inkişaf?
Cəmiyyətin ayrı ayrı sahələrində inkişafı təmin etmək üçün hökumət bəzi nazirliklər vasitəsi ilə QHT-lərə qrantlar verir. Bu yaxşı təşəbbüsdür. Təəssüf ki, əksər nazirliklər illər ərzində tenderləri hansı "qanun"larla təşkil edirlərsə, qrantları da o üsulla paylayırlar. Nəticədə bu qrantların dövlətə və cəmiyyətə yox, bəzi məmurlara xeyri olur. Nazirliklərdə qrant layihələrinin mövzuları aktual problemlərin həllinə yönəlməlidir. Bəzi nazirliklər öz sahələrinə əhəmiyyəti olmayan, primitiv mövzularda müsabiqə mövzusu təyin edirlər, qaliblərin seçimi də şəxsi mənafeyə xidmət edir, əslində isə layihələr ciddi problemlərin həllinə yönəlməli, təşəbbüskarlığın inkişafına dəstək verməli, ictimai mənafe və peşəkarlığa xidmət etməlidir. Nazirliklərin saytında qrantlara dair xüsusi səhifə olmalı, burada illər üzrə qrantvermə xronologiyası əks edilməli, hansı layihələrə, nə vaxt, nə qədər maliyyə ayrılması, icraçıların kimliyi, layihələrin nəticələri və problemin həllinə verdiyi dəstək şəffaf şəkildə ictimaiyyətə təqdim edilməlidir. Bəzi Nazirliklərin nəznində verəcəkləri qrantları "saxta yollarla icra edən", məqsədi ayrılan maliyyəni mənimsəmək olan " layihə qrupları" formalaşıb. Nazirliklərin nəznində olan İctimai Şuralar heç olmasa bu məsələlərin həllində cəmiyyətin maraqlarını qorumağa çalışmalıdır.
Paralel.az