Əlillik ləğv olunur, bəs rüşvətlə əlillik təyin edənlərdən alınan milyonlarla rüşvəti kim mənimsəyir?!...
Sahil Babayev rüşvətxor sabiq DSMF və TSEK müdirlər ordusundan milyonlarla pul çəkib
Xalqı ölkə Prezidentindən narazı salmaq və milli birliyi pozmaq istəyən Rusiya agentləri Sahil Babayevi Əmək və Əhalinin Sosial Müdafiə naziri vəzifəsinə təyin etdirərək, son 3 ildə 210 mindən çox şəxsin pensiya işini ləğv etdiriblər və bu antimilli sosial siyasət hazırda da hökumət tərəfindən davam edir!..
Maraqlıdır ki, 210 mindən çox insanın təqaüdü saxta elan edilərək, aylıq təqaüddən məhrum edildiyi halda, bu qədər insandan rüşvət alıb saxta xəstəlik sənədlərinə imza atmış həkimlər, TSEK sədrləri və saxta əlilliyə görə təqaüd təyin edən DSMF işçiləri nə üçün xalqa və dövlətə ziyan vurduqlarına görə, məsuliyyətdən kənarda saxlanır?!..
Və yaxud həmin cinayəti törətmiş minlərlə şəxslərdən yığılan milyonların dövlət xəzinəsinə daxil olunması barədə müvafiq dövlət orqanları nə üçün xalqa məlumat vermirlər, sualı 3 ildir havadan asılı qalıb?!..
Bu cinayət çetesinin xalq və dövlət əleyhinə yönəlmiş əməlinin araşdırılması prosesdə xalqı və ictimaiyyəti düşündürən bir çox ciddi suallar hələ də cavabsız qalması ictimaiyyətdə əlavə gərginlik və şübhələr yaradır...
Tək sabiq ƏƏSM naziri Səlim Müslümov və onunla bir yerdə çalışan bir neçə yüksək vəzifəli cinayətdə əli olduğu şübhəsilə həbs olunan şəxslərlə, 210 min insana saxta əlillik təyin etmiş həkim və məmur ordusunun bu qədər insandan alıdığı yüz milyonlarla rüşvətin onlardan alınaraq dövlət xəzinəsinə ödənilməsi barədə son 3 ildə xalqa bir cümlə belə məlumat verilməməsi də xeyli şübhələrin yaranmasına yol açır.
Hazırda ƏƏSMN sistemində xalqa və dövlətə qarşı törədilmiş "saxta əlillik təyin etmə" cinayətinin araşdırılması ilə məşğul olan ƏƏSMN və digər orqanların yüksək vəzifəli məsul şəxslərin yeni, daha böyük rüşvətxorluq əməlləri barədə ciddi şübhələr yaranıb və bu da cəmiyyətdə hökumət haqqında mənfi rəy yaranmasına rəvac verib!...
Hökumətin bununla bağlı cəmiyyətdə yayılmaqda olan xoşagəlməz ictimai rəyə təcili olaraq aydınlıq gətirməsi çox vacibdir!..
Züleyxa