İnsanlara fəlakət yaşadan məmurlardır

İnsanlara fəlakət yaşadan məmurlardır
 

Bunu elmi araşdırmalar da təsdiq edir

 İnsan təsadüfən yer üzünün əşrəfi adlandırılmır. Çünki yer üzündə varsa, hamısı - iri meqapolislər, şəhərlər, kəndlər, bütün növ yeraltı, yerüstü, hava, su nəqliyyatı, kosmik gəmilər, kütləvi qırğın silahları hər cür texnikalar, məhz insan əməyinin məhsuludur.

İnsan Allahın yaratdıqları içində yeganə canlıdır ki, Tanrı özündən sonra ona qurmaq, yaratmaq qüdrəti, gücü verib. Buna görə insana yer üzünün əşrəfi deyirlər...

Dünyanın bilim, elm insanları uzun illər apardıqları elmi araşdırmadan sonra belə nəticəyə gəliblər ki, insan həm yer üzünün ən təhlükəli vaqlığıdır. Bilim adamlarının hesablamalarına görə, insan ölümünə səbəb olanlar içərisində insan özü ön sırada yer alır dünyada ən çox insan qətlə yetirən elə insandır...

Yer kürəsində insanların işğalçılıq qənimət əldə etmək üçün apardıqları qanlı müharibələr nəticəsində qətlə yetrilmiş insanların sayı, bilim adamlarının hesablamalarına görə, hazırda yer kürəsində yaşayan 7 milyarddan çox insan sayının ən azı on mislinə bərabər olduğunu ehtimal edirlər...

Bəli, dünyada ən böyük kəşflərin, ixtiraların da, ən dəhşətli, qanlı hadisələrin müəllifi icraçısı insandır!

Son illər dünyada içməli su ehtiyatının tükənməsi, istiləşmə iqlim dəyişikliyinin, ekoloji fəlakətin güclənməsi, atmosferin həddindən çox çirklənməsi, təhlükəli yolxucu xəstəliklərin çoxalması, meşə yanğınlarının genişlənməsi yerin yaşıl örtüyünün qırılıb azalması, digər fəlakət faciələrin, məhz insanın təbiətə qarşı amansız münasibətinin nəticəsi olduğu artıq çoxdan təsdiq olunub...

Amma bunu bilə-bilə insan özünün əleyhinə olan zərərli, ziyanlı, yanlış ölümcül əməlindən yenə əl çəkmir, məhv etməyə, insanı qətlə yetirməyə davam edir bundan qidalanır, həzz alır. İnsan insan qanı tökdükcə, sanki vampirləşir Allahın qoyduğu hədləri aşaraq, İlahinin göndərdiyi müqəddəs hökmləri belə çenynəməkdən çəkinmir...

Baxın, insanın nəyi varsa: - cismi, nəfəsi dünyada mənim dediyi hər şeyi Allaha məxsusdir!

Əslində, insanın Allahdan başqa heç nəyi yoxdur, lakin insanın əməlinə baxanda aydın görünür ki, insan Onu da tanımır buna görə fəlakət üstündən fəlakətlə qarşılaşır...

Çox təhlükəli xəstəliklərin, o cümlədən elə dünyanın düzənini ciddi şəkildə dəyişən, pozan COVİD -19 pandemiyası da Allahın insan vəhşiliyinə cavab olaraq yer üzünə göndərdiyi bəla deyilmi?!..

COVİD-19 pandemiyasının son iki il ərzində rəsmi 5 milyondan çox, qeyri-rəsmi isə 17 milyondan çox insan canı alması insanların qəddarlığının törətdiyi vəhşiliyin cavabı deyilmı?!..

Məncə, hər gün ölkənin gündəlik həyatında, üzləşdiyimiz ədalətsizlik, haqsızlıq, qanunsuzluq halları da təsdiq edir ki, insan, məhz insanın məhv olmasında böyük rol oynayır...

Gətirdiyim misallar, qeyd etdiyim faktlar, dünyada ölkəmizdə baş verən insanlıq əleyhinə yönəlmiş cinayətlər , insanın insan üçün bəla fəlakət mənbəyi olduğunu təsdiq edir.

Baxın, yaxşı baxın uzaqda yox, elə Azərbaycanda baş alıb gedən özbaşınalıqları, insanların faciəsinin göstəricisi olan intiharın, narkomaniyanın, oğurluğun, dələduzluğun, fahişəliyin digər dəhşət saçan, millətin məhv edilməsini sürətləndirən halları törədən vəzifəli haramla maddi imkan qazanmış insanlar deyilmi?!..

Yer kürəsinin harasını, hansı ölkəsini götürsək, orada da oğru, rüşvətxor, dələduz digər mənfi ünsürlərə rast gəlmək olur. Amma heç bir ölkədə Azərbaycanda olduğu qədər vəzifəli imkanlı cinayətkara rast gəlmək mümkün deyil. Bu cinayətkarlar ölkədə o qədər çoxdur ki, hətta ölkə Prezidenti belə, bunların qarşısını almaqda zorlanır...

Əgər insanın insan tərəfindən istismarı, məhvə məhkum edilməsi baxımından dünya ölkələrini nəzərdən keçirsək, o zaman diqqətimizi cəlb edən ölkələr arasında doğma vətənimizin ön sırada dayandığını seyr etmək zorunda qalacağıq...

Baxın, Azərbaycan 30 il 20 faiz torpaqlarımızı işğal etmiş geri qaytarmaq fikrindən uzaq olan, mənəm-mənəm deyib, döşünə döyən düşmən Ermənistanı cəmi 44 gün ərzində darmadağın etdi torpaqlarımızın böyük hissəsini qəhrəman Şəhidlərimizin, əsgər zabitlərimizin gücü ilə düşməndən təmizlədi.

Sözsüz ki, düşmən Ermənistan onun himayədarları üzərində qazandığımız qələbənin əsas təşkilatçısı Ali Baş Komandan oldu O, bu gün əzmlə çalışır ona bu zəfər yolunda uğur arzu edirik..

Amma gəlin diqqət edək, görək Vətən Müharibəsində qələbənin qazanılmasında Prezident, Ali Baş Komandandan, onun köməkçisi Hikmət Hacıyevdən Xarici İşlər naziri Ceyhun Bayramovdan başqa böyük bir qəbirsanlığa sığacaq qədər çox sayda olan nazirlər, komitə sədrləri digər yüksək vəzifə tutub ölkənin sərvətini əjdaha kimi sümürənlərin özləri övladları harada idilər?!..

Hazırda hər yerdə Şəhid ailələrinin, qazilərin narazılığı bütün ölkəni bürüyüb! Gəncənin icra başçısı şəhid anasını intihara sövq edir, Cəlilabadın təzə təyin olunmuş icra başçısı iki qazi atasını həbsə atdırır, Beyləqanın icra başçısı şəhid ailələrini qaziləri süründürməklə məşğul olur inanın əgər bu məmurların hamısının xalqa qarşı göstərdikləri rəzalətin hər biri barədə qeyd etsəm, yazını bitirə bilmərəm...

Amma bir şeyə tam əminəm ki, haram yeməkdən gözlərini pərdə, vicdanın piy basmış  məmurların xalqa verdikləri zülmün hesabını ölkə Prezidenti gec-tez onlardan soruşacaq...

 Tapdıq Abbas

0.021548986434937