"Hər şeyin təzəsi, dostun köhnəsi"

 

Tapdıq Abbas yazır:

"Dost" sözü müxtəlif dövrlərdə insanlar arasında eyni mənada işlənsə də, öz məna tutumunu, keyfiyyətini həmişə dəyişib. Zamanında dost dosta "sən öl" deməklə, qan bağlanıb. Hətta dost haqqında müdriklik yükü daşıyan xeyli atalar sözü var. Məsələn, "dost dostun damına çıxmaz ki, torpağı tökülər", "dost dosta tən gərək, tən olmasa, gen gərək", "istəsən hər yerdə evin olsun, hər yerdə dostun olsun", "dost çətin gündə tanınar", "hər şeyin təzəsi dostun köhnəsi" və sairə...
Dostluq barədə atalarımızın bizə miras qoyub gerdikləri bu müdrik deyimlərin keyfiyyəti zamana görə çox dəyişir, hətta çəkinmədən demək olar ki, dost sözü lekskonumuzda qalsa da, amma real həyatda bir neçə əsr, qərinələr və illər bundan əvvəl olduğu keyfiyyətdə deyil. Yəni, artıq insanlar arasında mövcud olan hazırkı dostluq münasibətləri öz keyfiyyətinə görə, etibardan düşüb...
İndiki zamana aid olan bir hekayəni yada salmaqla, oxuculara fikrimi çatdırmağın daha asan olduğunu düşünürəm. Hekayə belədir ki, ata ilə oğul kimin dostunun etibarlı olduğu barədə mübahisə edirlər. Ata oğluna deyir ki, gəl, dostlarımızın dostluğa sadiqliyini yoxlayaq, görək kimin dostu dostluğa daha sadiqdir?...
Razılaşırlar. Ata deyir ki, bir qoç kəsib, ağa bukəcəyik və gecə ağa bükülmüş çəmdəyi öldürdüyümüz düşmən qismində əvvəlcə sənin dostunun evinə aparacağıq, görək, nə deyəcək?..
Oğul atasının dediyi şərtlə razılaşır və gecə gedib oğulun dostunun qapısını döyürlər, dostu qapını açır və oğul dostuna bildirir ki, bir düşmənim var idi, onu bu gecə öldürmüşəm indi gizlətməyə bir yer lazımdır, nə edək?.. Oğlun dostu bu sözü eşidən kimi qəzəblənir və atası ilə dostunu qapıdan qovur. Ata oğlunun pis olduğunu görüb, deyir ki, oğul, bu sənin dostun, gəl, indi də mənim dostumun qapısına gedək...
Atanın dostunun qapısına gedirlər və atanın dostu qapıya çıxıb, vəziyyətdən halı olan kimi, dostuna deyir ki, lap yaxşı eləmisiniz, gətirin içəri onu quyuya salıb, göndərəcəyik o dünyaya. Ev sahibi ağa bükülmüş çəmdəyi alıb quyuda basdırdıqdan sonra dostunu və oğlunu evə dəvət edir...
Evdə oturduqdan sonra ata dostuna oğlu ilə arasında baş verən əhalatı danışır. Dostuna bildirir ki, quyuya saldığın ağa bükülü şey düşmən meyiti deyil, qoç cəmdəyidir, oğlumla mən dostlarımızı yoxlamaq üçün mübahisə etmişik.
Bu sözdən sonra dostlar xeyli şad olurlar və qoç cəmdəyini quyudan çıxarıb kabab çəkib şad-xürrəm yeyirlər...
Ata oğlundan soruşur ki, oğul, indi gördün, kimin dostu dostluğa sadiq çıxdı, "hər şeyin təzəsi, dostun köhnəsi?! - ifadəsini atalar təsdüfən deməyib, oğul!
Oğul kor-peşman atasının dediklərini başı ilə təsdiq etmək zorunda qalıb...

Paralel.az

0.10728311538696