Erməni maşınları Gürcüstan-Rusiya sərhədində növbə gözləyir

Erməni maşınları Gürcüstan-Rusiya sərhədində növbə gözləyir
 

Paralel.az xəbər verir ki, erməni mediasının məlumatına görə, Rusiyaya kənd təsərrüfatı məhsulları aparan erməni yük maşınları Gürcüstan-Rusiya sərhədində yığılıb qalıb.

Məlumatda bildirilir ki, sərhəddə Türkiyə, İran və digər ölkələrdən gələn maşınlar üçün heç bir problem yoxdur, sərhəddə yalnız erməni maşınları uzun növbələr gözləyir.

Gürcüstan Dövlət Gömrük xidmətindən bildirib ki, ləngimələrin səbəbkarı Rusiya tərəfidir, sənədləşmələri gecikdirirlər.

Erməni mediası yazır ki, sahibkarlar alternativ yollar axtarmalıdırlar: "Biz İran üzərindən Hindistana və digər ölkələrə mal ixrac edə bilərik. Alternativlər olmasa Ermənistan sahibkarlarının inkişaf perspektivləri yaxşı heç nə vəd etmir".
Akif Nəsirli

0.10540580749512