Ohanyan: “Yeni sənədin imzalanması Ermənistan və Qarabağın kapitulyasiya mövqeyini təsdiq edəcək”

Ohanyan: “Yeni sənədin imzalanması Ermənistan və Qarabağın kapitulyasiya mövqeyini təsdiq edəcək”
 

Paralel.az xəbər verir ki,  “Ermənistan”  fraksiyasının rəhbəri Seyran Ohanyan 2020-ci ildə hakimiyyətin erməni xalqını çaşdırdığını söyləyib. Hər sahədə tənəzzül edən, qeyri-müəyyənlik içində boğulan məğlub ölkə deputatının dediklərindən sitat: “Hakimiyyət Türkiyə və Azərbaycanın Qarabağa qarşı müharibəsinə lazımi qiymət verməyib, xalqın kollektiv iradəsini qırıb və Ermənistanı təslim olmağa sürükləyib.

Hazırda kifayət qədər mürəkkəb hərbi-siyasi vəziyyət yaranıb: Türkiyə və Azərbaycan Ermənistanın ərazisindən dəhliz açmaq üçün ona təzyiq göstərməkdə davam edir. Sünikdən danışsaq, əslində bu, həm iqtisadi, həm də demoqrafiya baxımından Ermənistan və Qarabağın bağlanmasına gətirib çıxaracaq.

Əvvəllər Ermənistan və Qarabağ regionda güclü amiln idi. Lakin Ermənistanın hazırkı mövqeyi və Qarabağın anklav mövqeyi hazırda fərqli reallığın olduğunu göstərir.  

Noyabrın 8-də Yerevanın Azadlıq meydanında olacaq mitinqdə məqsədimiz Ermənistanın türkləşməsinə, ermənilərin Qarabağdan qovulmasına yol verməmək üçün xalqın müvafiq səviyyədə milli müqavimətini təmin etməkdir. Erməni xalqı qədim zamanlardan çətin anlarda birlik nümayiş etdirib, bu da bizə çətin vəziyyətdən çıxmağa kömək edib. Lakin  Ermənistanın indiki hakimiyyəti bu birliyi pozub. Son bir ildə onlar mühüm addımlar atmalı, siyasətə yenidən baxmalı, daxili və xarici təhdidləri dəyərləndirməli idilər. Ancaq bunu etmədilər.

Onlar getməlidirlər! Ölkəni məğlubiyyətə sürükləyən hakimiyyət inkişafı və rifahı təmin edə bilməz”.

Nigar

0.028463125228882