Erməni rəsmisindən iddialı açıqlama: “Qarabağ erməniləri Azərbaycanın nəzarəti altında yaşaya bilməz”
Paralel.az xəbər verir ki, Ermənistan xarici işlər nazirinin müavini Vahe Gevorqyan Qarabağ ermənilərinin Azərbaycanın nəzarəti altında yaşaya bilməməsini söyləyib: “Qarabağ erməniləri Azərbaycanın nəzarəti altında yaşaya bilməz. Bakı faktiki olaraq məhvetmə siyasəti aparır. Bunun ən yaxşı sübutu bu gün Azərbaycanın nəzarəti altında olan ərazilərdə ermənilərin tam olmamasıdır.
Hesab edirəm ki, Qarabağ ermənilərinin regionun Azərbaycanın nəzarətinə keçəcəyi təqdirdə, tamamilə məhv olacağı ilə bağlı yanaşma düzgün, etibarlı və etibarlı tezisdir. Bu tezis həm müxtəlif diskussiyalar zamanı, həm də danışıqlar prosesində fəal şəkildə tətbiq edilməlidir”.
...Bu məqamda ermənilərin öz adını, faşist siyasətini başqasının üzərinə atmaq xislətinə necə də sadiq qalmasının şərhinə ehtiyac yoxdur.
Nigar