"Cəfər Cabbarlı" stansiyasında təmir başa çatıb

 

Paralel.az xəbər verir ki, “Cəfər Cabbarlı” stansiyasının aparılıan yerüstü təmir işləri başa çatıb. Bu haqda bu gün, 4 noyabr tarixində Bakı Metropolitenin mətbuat xidməti məlumat yayıb.

“28 May” stansiyasının giriş-çıxış meydançada “Cəfər Cabbarlı” stansiyasının konstruksiyalarını gücləndirmək məqsədilə yerin üst təbəqəsi sökülərək, yenilənib.

Ərazinin sıx olduğunu nəzərə alaraq işlər bir neçə istiqamətində aparılıb. Əsas məqsəd “28 May” və “Cəfər Cabbarlı” stansiyalarında sərnişinlərin təhlükəsizliyini və rahatlığını təmin etmək olub. Tədris ilinin başlanması nəzərə alınaraq ilk işlər stansiyanın yerüstü hissəsində başa çatdırılıb.

Sökülən ərazilərdə yeraltı kommunkasiya xətləri çəkilib, yağış sularının stansiyaya daxil olmasının qarşısını almaq üçün drenaj sistemi quraşdırılıb. Yeni izolyasiya təbəqəsi yaradılmış və birbaşa yağış üçün uyğun yamaclar yaradılmışdır.

Bundan əlavə, zaman keçdikcə xarab olan döşəmə daşları ətraf ərazinin ümumi görkəminə uyğun olaraq yenilənib.
Akif Nəsirli

0.011897087097168