Təbriz məhkəməsi Şəhruz Bərzgər barədə qərar çıxardı

Təbriz məhkəməsi Şəhruz Bərzgər barədə qərar çıxardı
 

Paralel.az xəbər verir ki, Oktyabrın 25-də əhvaz ərəblərinə dəstək aksiyasına qatılmaq ittihamı ilə tutulan təbrizli milli fəal Şəhruz Bərzgərin məhkəməsi olub.

Məhəmmədəli Pirinin sədrliyi ilə Təbriz Cəza Məhkəməsinin 112-ci şöbəsində keçirilən məhkəmə iclasında Şəhruz Bərzgər 5 milyon tümən cərimə cəzasına məhkum edilib.

O, məhkəmədə daha öncə “qanunsuz aksiyaya qatılmaq və qarşıdurma yaradaraq polislərə tabe olmamaq” ittihamından bəraət alsa da, Əli Məzlumi Yenginin “vəzifə başında ikən döyülməsi” haqda verdiyi şikayətə görə cərimə olunub.
Akif Nəsirli

0.018296957015991