İranda narkomaniya genişlənir

İranda narkomaniya genişlənir
 

Paralel.az-ın məlumatına görə, İranın Uyuşdurucularla Mübarizə Qərargahı bildirir ki, İranda 15-64 yaşlarında olan 4 milyon 300 min insan uyuşdurucu maddə istifadə edir.

Narkotiklərlə Mübarizə Qərargahının Tədqiqat və Təlim Şöbəsinin müdiri Həmid Sərami İranda 15-64 yaşlarında olan 4 milyon 300 min insanın tiryək, marixuana və həşiş kimi bir sıra narkotik və uyuşdurucu maddədən istifadə etdiyini deyib.

O, habelə əlavə edib: "İranda uyuşdurucu maddədən istifadəyə başlama yaşı 15, ortalama istifadəçilərin yaşı isə 22-dir. Habelə narkotik istifadəsinin birinci nümunəsi tiryək, ikincisi isə marixuana, bəng və sairədir ki, bu da yeniyetmələr və gənclər arasında daha çox yayılıb.
Akif Nəsirli

0.020256996154785