Ermənistan hakimiyyəti əhalisinin yaşam şərtlərinin dəyişməyəcəyini bəyan edib

Ermənistan hakimiyyəti əhalisinin yaşam şərtlərinin dəyişməyəcəyini bəyan edib
 

Paralel.az xəbər verir ki, “Hraparak” Ermənistanda insanların cüzi pensiya və maaşla dolanmağa davam edəcəyindən yazıb: “Məmurlar büdcədən verilən bütün imtiyazlardan yararlanmağa, xalq isə cüzi pensiya və maaşla dolanmağa davam edəcək.

Dünən bizimlə söhbətində Ermənistanın maliyyə naziri Tiqran Xaçatryan etiraf etdi ki, borcun ÜDM-ə nisbəti 60%-i keçərək 63,5%-ə çatıb və gələn il onu azaltmaq üçün bu yola getməlidirlər. Bu isə yüksək vəzifəli məmurların maaşlarını və dövlət aparatının xərclərini azaltmaqla deyil, sosial xərcləri artırmadan yeni borclar cəlb etməklə həyata keçiriləcək”.

Nigar

0.01720404624939