Gürcüstanda bir neçə deputat mandatdan imtina edib
Paralel.az news24.ge-yə istinadən xəbər verir ki, “Vahid Milli Hərəkat” (VMH) partiyasının fraksiya üzvü olan parlament deputatı Nona Mamulaşvili deputat mandatından imtina edib.GAXA-nın məlumatına görə, bu gün də daxil olmaqla parlamentin daha üç üzvü “Lelo” partiyasın lideri Mamuka Xazaradze və VMH-ın fraksiya üzvü Anna Çitlidze, eyni zamanda “Qirçi-çox azadlıq” partiyasının rəhbəri Zurab Caparidze parlament üzvlüyündən imtina ediblər.
Mamulaşvilinin sözlərinə görə, ölkədən seçkilər və gələcək oğurlananda o, ölkənin maraqlarına hörmət olunmayan parlamentə xidmət etmək fikrində deyil.
Mamulaşvilinin sözlərinə görə, o, parlamentin səlahiyyətlərinin dayandırılması ilə bağlı bütün müvafiq parlament prosedurlarından keçəcək.
Qeyd edək ki, bundan əvvəl Milli Hərəkat Partiyasının sədri Nika Melia parlament deputatının mandatından imtina edib.
Bu gün isə Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili müxalifət deputatlarına Gürcüstan parlamentinin işində iştirakdan imtina etməyi tövsiyə edib. Bu barədə onun vəkilləri tərəfindən noyabrın 1-də dərc edilən məktubunda qeyd olunub.
Akif Nəsirli