Moldova Rusiyaya borcun bir hissəsini ödəyib
Paralel.az Lenta.ru-ya istinadən xəbər verir ki, Moldova Rusiya qazına olan borcunu qismən ödəyib, Bu barədə "Moldovaqaz"ın mətbuat katibi Aleksandr Barbov bildirib.
."Moldova tərəfi sentyabrda aldığı yanacağa görə "Qazprom"a olan borcunu ödəyib", - Barbov bildirib.
Payızda Moldova “Qazprom”la yeni sazişlərlə bağlı çətinliklər fonunda qaz böhranı ilə üzləşdi, lakin oktyabrın 29-da Kişinyov Rusiya şirkəti ilə respublikaya qaz tədarükü müqaviləsinin müddətini 5 il müddətinə uzadmağa razılaşdı. Şərt 2022-ci ildə borc auditi idi.
Noyabr ayında Moldovanın baş nazirinin müavini və infrastruktur naziri Andrey Spinu qazın qiymətinə gələcəkdə hər ay yenidən baxılacağını açıqlamışdı.
O, həmçinin bildirib ki, respublika mövcud borcu artırmaq istəmir və alınan qazın pulunu tam ödəmək niyyətindədir.
Moldovaya yanacağın tədarükü noyabrın 1-dən başlayıb. Prezident Maia Sandu razılaşmadan məmnun olduğunu bildirib və Kreml müqaviləni "Qazprom" üçün faydalı adlandırıb. Yoxlamadan sonra borcun ödənilməsi ilə bağlı danışıqlar davam etdiriləcək.
Akif Nəsirli