Erməni mətbuatı Tehranın İrəvana hərbi yardım etməli olduğunu bəyan edir

Erməni mətbuatı Tehranın İrəvana hərbi yardım etməli olduğunu bəyan edir
 

Paralel.az xəbər verir ki, erməni mətbuatı İranın Ermənistanın hazırkı sərhədlərinin saxlanılması ilə bağlı mövqeyini dəstəkləməli, lazım gələrsə, hərbi və kəşfiyyat dəstəyi verməli olduğunu bəyan edib. Bunu beynəlxalq məsələlər üzrə iranlı ekspert Ehsan Movahedian Iranian Diplomacy analitik portalı üçün məqaləsində bildirib: “İran Rusiya ilə intensiv danışıqlar aparmalı və Tehranın Qafqazdakı maraqlarına təhlükənin Rusiyanın razılığı ilə müşayiət olunmamalı olduğunu açıq şəkildə bildirməlidir.

İranın Ermənistanda populyarlığı artır və bu, Tehrana Sünikdə daha geniş hərbi, iqtisadi və mədəni mövcudluğa imkan verir. İran Qafqaz regionunda öz imkanlarına uyğun rol oynamaqla yanaşı, qonşularının ekspansionizminə müqavimət göstərmək qabiliyyətini, eləcə də geosiyasi çəkisini artıra bilmək üçün sanksiyaların təzyiqini azaltmalıdır. İran mətbuatı, sosial şəbəkələr vasitəsilə Ankara və Bakının təcavüzkar siyasətinə qarşı güclü anti-təbliğat aparılmalıdır”.

Nigar

0.024287939071655