Təhlükəsizlik xidmətinin keçmiş rəhbəri: “Paşinyan erməni dövlətini məhv etdi”
Paralel.az xəbər verir ki, Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru, “Şərəfim Var” fraksiyasının rəhbəri Artur Vanetsyan Nikol Paşinyanı problemlərdən xəbəri olduğu halda, onların həlli üçün heç bir addım atmamaqda ittiham edib: “Ölkəmiz elə bir vəziyyətdədir ki, bütün bacarıqlı qüvvələr birləşməli və qarşıya bu vəziyyətdən çıxarmaq vəzifəsini qoymalıdır. Keçmişdə buraxılmış səhvlər və nöqsanlar əvvəlki hakimiyyət tərəfindən də qəbul edilib. Prezidentlər səviyyəsində və digər səviyyələrdə dəfələrlə bildirilib ki, müəyyən nöqsan və səhvlər olub.
Nikol Paşinyan gəlib dövlət başçısı olubsa və problemlərdən xəbəri olubsa, niyə bu problemlərin həlli üçün heç bir addım atmayıb? Niyə təhlükəsizlik sistemimizin səmərəliliyini artıracaq o tədbirlər görülməyib?
Əvvəlki hakimiyyət orqanlarının buraxdığı bütün səhvlər düzəldilə bilər, lakin indiki hakimiyyətin buraxdığı səhvlər geriyə dönməzdir.
Paşinyanın başçılıq etdiyi hazırkı hökumət Artsaxın 75%-nin təslim olmasına, minlərlə vətəndaşın ölümünə
görə məsuliyyət daşıyır və günahkardır. Levon Ter-Petrosyan, Robert Köçəryan, Serj Sarkisyan ən effektiv ordulardan birinə malik olan ölkəni tərk etdi. İndiki hakimiyyət isə son üç ildə ordumuzun döyüş qabiliyyətinə malik olmadığını bəyan etmədi.
Əksinə, Tavuş hadisələrindən sonra Paşinyan bəyan etdi ki, Ermənistan Silahlı Qüvvələri döyüşə, düşmənlə üz-üzə durmağa hazırdır, müharibə olarsa, nəinki ərazilərimizi müdafiə edəcək, həm də yeni əraziləri fəth edəcək.
Silahlı Qüvvələrimiz, təhlükəsizlik sistemi, qorunan sərhədlər, 12500 kvadrat kilometr ərazisi olan Artsax Respublikası, bütün bunlar Nikol Paşinyana verildi. İstər səhvlər və ya nöqsanlar olsun, bunun heç bir mənası yoxdur. Nikol Paşinyan ordunu və ölkəni təslim etdi. Paşinyan çox tez - 1,5-2 il ərzində bütün bunları boşa verdi və bizi bu fəlakətə gətirdi”.
Nigar