İranda hələ də təhsil naziri təyin edilməyib

İranda hələ də təhsil naziri təyin edilməyib
 

Paralel.az İran mediasına istinadən xəbər verir ki, İranda yeni tədris ili hələ də təhsil naziri təyin edilmədən və 30 min şəraitsiz məktəb problemi ilə üz-üzə qalması ilə başlayıb.

İran prezidenti İbrahim Rəisinin təhsil naziri postu üçün təklif etdiyi Hüseyn Bağgülünün namizədliyi məclis üzvləri tərəfindən rədd edilib.

Qanuna görə, prezidentin parlamentə yeni nazirin namizədliyini irəli sürməsi üçün üç ay vaxtı olsa da, məktəblərin açılması mövsümü ən qısa zamanda yeni nazirin təyin edilməsini tələb edir.

Təhsil nazirliyinin problemləri isə lap çoxdur. Koronavirus oandemiyası şəraitində məktəbləri açmaq, kənardan təhsilə keçmək, dərs kitablarının təmin edilməsi, müəllim və tədris mərkəzlərinin çatışmazlığı, elmi-texniki tərəqqiyə uyğun təhsil problemi, dövlət və özəl məkdəbdə çalışan müəllimlərin aylıq maaşlarında və başqa imtiyazlarında ayrıseçkilik, 30 min qəzalı vəziyyətdə - təmirə ehtiyacı olan məktəblər və daha onlarca problemlər...

Təhsil Nazirliyinin rəsmi statistik rəqəmlərinə görə, şagirdlər 30 min köhnə və istifadəyə yararsız məktəbdə təhsil almağa çalışır.
Akif Nəsirli

0.018182039260864