Erməni vəkil: “Seçim etməzdən əvvəl Şuşada səslənən muğam sədalarına bir daha qulaq asın!”

Erməni vəkil: “Seçim etməzdən əvvəl Şuşada səslənən muğam sədalarına bir daha qulaq asın!”
 

Paralel.az xəbər verir ki, erməni vəkil Robert Ayrapetyan ölkəsinin hakimiyyət nümayəndələrinə səslənib: “Sünik vilayət administrasiyasının baş katibi Gorus-Qafan yolunun bir hissəsini Azərbaycana təhvil verən komandanın reklamına özünü o qədər fəda edib ki, “Dövlət qulluğu haqqında” qanunun 32-ci maddəsini unudub. Belə ki, dövlət vəzifəsini tutan şəxslərin və dövlət qulluqçularının öz qulluq (vəzifə) mövqeyindən partiyalar, ictimai, dini birliklər üçün faktiki üstünlüklər, imtiyazlar təmin etmək məqsədilə istifadə etməsi qadağandır. Eyni zamanda, qanun bu tələbin yerinə yetirilməməsinin intizam məsuliyyətinə səbəb olduğunu müəyyən edir.

Nikol, sən öz qanuni diktaturanı qurmaq çərçivəsində təyin etdiyin kadrları nizam-intizamla cəzalandıracaqsan, yoxsa ədliyyə nazirinə tapşıracaqsan ki, ölkədə qanunun, Konstitusiyanın olmasından bir daha təəssüfləndiyini bildirsin?

İndiki vəziyyətdə bu, iqtidar və müxalifət arasındakı mübarizə deyil. Bu, Artsaxı təslim edən və Ermənistanı

təhlükə altında qoyan insanlarla Artsax və Ermənistanın suverenliyini ən yüksək dəyər kimi müdafiə edənlər arasında mübarizədir.

Seçim etməzdən əvvəl Şuşada bir daha muğamın səslənməsinə qulaq asın, çünki onun sabah Sünikdə səsləndirilib-səsləndirilməyəcəyi sizdən asılıdır”.

Nigar

0.053014039993286