Ermənistan Rusiyanın dəstəyi ilə təlim kompleksi yaratmaq niyyətindədir

Ermənistan Rusiyanın dəstəyi ilə təlim kompleksi yaratmaq niyyətindədir
 

Paralel.az xəbər verir ki, Ermənistan Rusiyanın dəstəyi ilə humanitar minatəmizləmə qüvvələri üçün təlim kompleksi yaradacaq. Bunu fövqəladə hallar naziri Andranik Piloyan Ermənistan parlamentində 2022-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deyib: “Həmin kompleks humanitar minatəmizləmə əməliyyatlarını region ölkələrindən olan bölmələrin iştirakı ilə həyata keçirmək imkanı verəcək. Layihə BMT İnkişaf Proqramı və Beynəlxalq Mülki Müdafiə Təşkilatı ilə müzakirə olunub. Biz mərkəzin regional bazaya çevrilməsi üçün onlarla danışıqlar aparırıq. Bu məqsədlə rusiyalı həmkarlarımızla təlim anqar kompleksinin yaradılması və təchiz edilməsi məsələsini müzakirə edirik. Orada təkcə Ermənistan-Rusiya təlimlərini deyil, həm də region ölkələrinin müvafiq bölmələrinin yenidən hazırlanmasını keçirmək mümkün olacaq”.

Xəbərdə deyilir ki, erməni istehkamçılar və həkimlər kontingenti Suriyada Rusiya hərbçilərinin bir qrupunun tərkibində fəaliyyət göstərir.

Nigar

0.028458833694458