Naşükür ermənilər-səsinizi kəsin!
44 günlük müharibədə Rusiyadan gözlədiyi canlı qüvvə yardımını ala bilməyən Ermənistanda ötən bir il ərzində hökm sürən anti-Rusiya ovqatı getdikcə şiddətlənir. Erməni cəmiyyətində, xüsusilə onun müharibədən nəticə çıxarmayan kəsimində isterika o dərəcədə güclüdür ki, istər erməni seqmentlərində, istərsə də ayrı-ayrı siyasi icmalçılar Rusiya prezidenti V. Putinin ünvanına həqarət yağdırır, nümayiş və mitinqlərdə Putinin portiretini cırıb atır, ayaq altına atıb tapdalayır, üzərinə qara boya atırlar.
Erməni naşükürlüyü o həddə çatıb ki, hətta müharibə zamanı və müharibədən sonra da Rusiya teleməkanında, mətbuatda ədalətsizcəsinə Ermənistanın xeyirinə lobbiçilik edən, təbliğat aparan ekspertlərin ciddi narazılığına səbəb olub. Rusiyalı siyasi analitik Maksim Yusin də onlardan biridir.
Faktiki Ermənistdanı kəndirdən alan Rusiyanın silah-sursatla yardımını görməzdən gələn erməniləri naşükür olmaqda suçlayan Yusin deyir ki, nədən sizin xəstə təxəyyülüz və “Böyük Ermənistan” kimi sərsəm ambisiyanız üzündən baş verən müharibədə rus əsgəri Qarabağda döyüşməli və həlak olmalıdır? Ona görə ki, siz özgə torpaqlar hesabına varlanmaq istəyirsiniz, illərlə problemin dinc yolla həllinə qarşı çıxırdınız?
Rusiya ilə Ukrayna arasında yaşanan gərginliyə sevinən erməniləri Yusin bəşəriyyətin üz qarası adlandırır və əlavə edir ki, insan nə qədər nifrətə köklənməlidir ki, müharibəyə, qan-qadaya sevinsin.
Səma, Paralel.az