Dozdravstvuy naşix qumannıy sud

Dozdravstvuy naşix qumannıy sud
 
Yayılan xəbərlərə görə, 19 milyon manat dövlət vəsaitini mənimsəmədə ittiham olunaraq həbs edilən “Azərxalça” ASC-nin sabiq sədri Vidadi Muradov barəsində seçilmiş həbs-qəti imkan tədbiri Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə dəyişdirilərək o, azadlığa-ev dustaqlığına buraxılıb.
Paralel.az xəbər verir ki, məhkəmədən gözlənilməyən belə bir humanistliyin səbəbi sabiq sədrin onkoloji xəstəlikdən əziyyət çəkməsidir.
Xatırladaq ki,rəsmi məlumata görə V. Muradova külli-miqdarda dövlət vəsaitini mənimsə və talama barədə Respublika Prokurorluğuna daxil olmuş məlumat əsasında şübhəli şəxs qismində saxlanılaraq barəsində Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi açılıb.
P.S. Məhkəməmizin bu qərarı yadıma "Mimino" filmindəki bəlli epizodu saldı.

Səma, Paralel.az
0.019084930419922