Reklam bazarı inhisarda

Reklam bazarı inhisarda
 
Televiziya kanallarını klinikalar və həkimlər zəbt edib
 
Paralel.az xəbər verir ki, Azərbaycanda reklam bazarı da inhisardadır. Məlum məsələdir ki, medianın inkişafı da reklam bazarından asılıdır.  İstər elektron, istərsə də çap mediası və televiziya reklam olmadan öz mövcudluğunu qoruya və inkişaf etdirə bilməz. Bu sahədə ən çox əziyyət çəkən isə çap mediasıdır. Çünki olan-qalan reklam bazarı da, telekanalların inhisarındadır. Amma burada da, ən çox diqqıtçəkən odur ki, telekanallara da ən çox reklam verən özəl klinikalar, müxtəlif tibbi mərkəzlər və həkimlərdir. Reklam üçün müraciət edilən bütün qurumların, «reklama pulumuz yoxdur» etiraflarında bulunduqları bir zamanda bu, həqiqətən də diqqətçəkən bir məqamdır. Necə olur ki, hər zaman maaş azığından şikayətlənən həkimlərin reklama pulları var, milyonlarla gəliri olan, böyük firma və şirkətlərin yox. Telekanallara reklam verənlərin içində ikinci yerdə müxtəlif təmizləyici kimyasal məhsullar və kosmetika qərarlaşıb. Sosial reklamlar isə ancaq son zamanlar telekanallara yol tapa biliblər.
Bunun da əsas səbəbi ölkəmizdə normal rəqabət mühitinə əsaslanan istehsalat sahələrinin olmamasıdır. Daha dəqiq desək, istehsalın əsas hissəsinin kölgə iqtisadiyyatı siqmentində cəmlənməsidir. Kölgə iqtisadiyyatına isə reklam lazım deyil.
Y.Seyid
 
0.0087330341339111