Firavanlığı arzuya çevrilən xalq -Tapdıq Abbas yazır...

Firavanlığı arzuya çevrilən xalq -Tapdıq Abbas yazır...
 

Firavanlığı arzuya çevrilən xalq...

Əhalisini yüksək rifaha çatdıran, əhalisinin sayına və təbii sərvətlərinə görə Azərbaycandan (əhalisi 10.250 000 nəfər, ÜDM 35 milyard evrodur) geri qalan Norveç (əhalisi 5,4 milyon, ÜDM 397 milyard evrodur) İsveç (əhalisi 9,7 milyon nəfər, ÜDM 350 milyard evrodur) və Finlandiya (əhalisi 5,5 milyon nəfər, ÜDM 225 milyard evrodir) dövlətlərinin təcrübəsi təsdiq edir ki, dövlət orqanlarında rüşvət, korrupsiya və digər quldurluq əməlləri olmadığına görə, bu ölkələr əhalisi firavan yaşayan dövlətlər sayılır.

Bu ölkələrin ərazi və əhali baxımından kiçik olmalarına baxmayaraq, bu dövlətlərin büdcəsi Azərbaycanın dövlət büdcəsindən bir neçə dəfə yüksəkdir. Ona görə də bu ölkələrdə əhalinin rifahı çox yüksək səviyyədədir. Çünki dövlət orqanlarında kreslo tutanların başında dövlətin büdcəsini və xalqı talamaq barədə plan, proqram, nə də bu barədə düşüncə yoxdur.

Azərbaycanda isə vəzifəyə tam fərqli düşüncə ilə yanaşmaq ənənəsi dəbdədir, vəzifə tutub, həmin vəzifə vasitəsilə böyük həcmdə dövlətdən və xalqdan oğurluq var-dövlət yığmaq, yığdıqca harınlaşmaq və daha çox oğurlamaq zehniyyəti, barbar düşüncəli mürtəce məmur iradəsi ölkədə hakimdir.

Müstəqilliyinin 30 ilini qeyd edən Azərbaycanda xalq demək olar ki, firavanlıq anlayışını çoxdan unudub. Enerji istehsalçısı olan və enerji daşıyıcılarının xalqa yüksək qiymətə satıldığı ölkədə xalqın firavanlığından danışmaq mümkün olan iş deyil, qardaş!
Bu ölkədə firavanlıqdan yalnız məmurlar danışır. Çünki onların firavanlıqdan şirin-şirin danışmaq üçün əllərində kifayət qədər faktları var, xalqı, dövləti talamaq, oğurlamaq hesabına özləri çox firavan yaşayırlar və bunu danmırlar.

Bu da yuxarıda təsvir etdiyim, ölkədə mövcud olan mürtəce məmur mühitinin doğurduğu saxta firavanlığın əsas göstəricisi sayılır.

Nəhayət, bu qısa yazını belə yekunlaşdırmaq olar ki, Azərbaycan dövlətinin vəzifələri oğru məmurların sərəncamında olduğu müddətdə xalq yalnız firavanlıq barədə arzu edə bilər...

Paralel.az

0.030074834823608