Tapdıq Abbas: "Ölkə mediasının inkişafında müsbət bir şey gözləmək absurddur"

Tapdıq Abbas:
 

Media, mətbuat sahəsi digər sahələrdən tam fərqli sahədir. Ona görə də bu sahəyə fərqli yanaşma tələb olunur. Bu sahədə qısa müddətdə dəyişiklik etmək, müsbət nəticəyə tez nail olmaq heç də asan iş deyil. Bu sahədə çalışan kadrların gəncliyi, savadlılığı, bir neçə xarici dil bilməsi peşəkar media üçün kifayət etmir. Jurnalistika, media sahəsi ilk növbədə böyük təcrübəyə malik, yeni texnologiyaları sürətlə əxz edən, onu işə cəld tətbiq etməyi bacaran peşəkarlar tələb edir.
Hər bir dövlətin inkişafnda mühüm rol oynayan, əvvəllər dördüncü, hazırda isə bəzi hallarda, hətta birinci hakimiyyət hesab edilən bu sahənin inkişaf etdirilməsinə Azərbaycanda lap əvvəldən çox səhv yanaşılıb və bu yanaşma hazırda da davam edir.
Azərbaycanda media sahəsində uzun illər buraxılmış ciddi nöqsanları aradan qaldırmaq və ölkə mediasını dünyanın inkişaf etmiş informasiya blokuna qoşmaq istiqamətində ilk addımlar atılmasına cəhd olunsa da, bu sahədə ciddi nöqsanlar yenə də qalır. Başqa sözlə, indiyədək ölkə mediasını çökdürmüş Ramiz Mehdiyev - Əli Həsənov tandeminin üslubu davam etdirilir!
Xüsusən media, mətbuat sahəsinə başqa peşə, ixtisas mənsublarının cəlb olunması və onların ölkədə müasir tələblərə uyğun media-mətbuat bazası yaradacaqlarını gözləmək olduqca yanlış haldır.
Bu, növbəti ciddi səhvlərin təməlini atmaqdan başqa bir şey deyil.
Azərbaycan mediasının inkişafı Ermənistana qarşı uğurla aparılan 44 günlük vətən müharibədə əldə olunan qələbədən sonra tamamilə unudulub və Allahın ümidinə buraxılıb.
Medianın inkişafında böyük uğur və təcrübə qazanmış qardaş Türkiyənin və inkişaf etmiş digər xarici ölkələrin təcrübəsini öyrənmək üçün göstərilən təşəbbüsləri müsbət hal hesab edirəm. Bu, oldiqca vacibdir.
Amma Azərbaycan mediasının maddi bazasının əsası olan reklama start vermədən, medianın məmurlar tərəfindən planlı, düşünülmüş şəkildə dağıdılmış maddi-texniki bazasını bərpa etmədən, mətbuat azadlığına maneəni aradan qaldırmadan, məmurların mənfi fəaliyyəti haqqında mediada müntəzəm gedən tənqidi materialları diqqətə almadan, jurnalistlərin təqib olunmasına son qoymadan ölkə mediasının inkişafında müsbət bir şey axtarmaq absurddur.

Paralel.az

0.043489933013916