İnkişaf etmiş ölkələrin özəllikləri
Siracəddin Hacı yazır:
Bu bir gerçəkdir ki, bilgi, elm, texnologiya istehsal etməyən hər ölkə kölədir, sömürülməyə məhkumdur. İnkişaf etmiş ölkələrə aid əsas ölçülər bunlardır:
- iqtisadi fayda gətirən məhsullar çoxdur;
- beynəlxalq indeksli elmi jurnallarda çap olunan məqalələrin sayı çoxdur;
- fundamental elmlər güclüdür, inkişaf etmişdir;
- adambaşına düşən alim sayı çoxdur;
- patent sayı çoxdur;
- maaş yüksəkdir;
- nanotexnologiyaya əsaslanan sənaye inkişaf etmişdir;
- özəl və dövlət qurumlarının elmi araşdırma mərkəzləri var;
- enerji istehsalı və ondan istifadə çoxdur;
- enerjidə başqa dövlətlərdən asılı deyil;
- yaşayış standartları və rifah səviyyəsi yüksəkdir;
- milli gəlirin bölgüsündə tarazlıq var;
- adambaşına düşən milli gəlir yüksəkdir;
- milli gəlirin çox hissəsi elm və texnologiyadan əldə olunur;
- keyfiyyətli iş gücü var;
- inkişaf üçün baza yaradılmışdır;
- əhalinin çox hissəsi sənayedə və xidmət sektorunda çalışır;
- ölkədə ədalət və azadlıq var;
- insan haqları qorunur;
- azad mətbuat var;
- kənd təsərrüfatında çalışanların sayı azdır;
- əhalinin artım sürəti zəifdir;
- səhiyyə və sosial xidmətlər inkişaf etmişdir;
- təhsil güclüdür;
- tibb sənayesi başqa dövlətlərdən asılı deyil;
- hərbi sənaye yerlidir;
- kənd təsərrüfatında müasir texnologiyalar tətbiq olunur;
- meşə, tarla və əkin sahələri qorunur;
- elmi araşdırmalara çox qaynaq ayrılır;
- uşaq ölümlərinin sayı azdır;
- şəhər əhalisi çoxdur;
- oxumaq, yazmaq bilənlərin sayı çoxdur;
- texnoloji imkanlar çoxdur;
- yükdaşımalarında dəmir yolundan çox istifadə olunur;
- şəhərlər bir-birinə sürətli qatarlarla bağlanmışdır;
- toplumun əsası ailədir;
- ekoşəhərlər və ekoevlər çoxdur;
- texnoloji şəhərlər çoxdur;
- sığorta sistemi çox güclüdür;
- istehlakçı haqları qorunur;
- qeyri-dövlət qurumları güclü və təsirlidir;
- güclü siyasi partiyaları var;
- toplumun təşkilatlanma səviyyəsi yüksəkdir;
- ədaləti təmin edən məhkəmə sistemi var;
- hüquq-mühafizə qurumları bitərəfdir;
- əkin sahələri və örüşdən qalan hissə meşəlikdir;
- ekoloji kirlənmə yoxdur/azdır;
- qaydalara əməl olunur;
- kitab oxuyanların sayı çoxdur;
- ictimai nəzarət var;
- hündürmərtəbəli evlər azdır;
- yalan azdır;
- rüşvət azdır;
- rüşvət dövlət siyasəti deyil;
- saxtakarlıq azdır;
- insanların bir-birinə güvəni çoxdur;
- sadə yaşayış biçimi geniş yayılmışdır;
- israf azdır;
Paralel.az