Saakaşvili həkimlərlə əməkdaşlığı və dərman qəbulunu dayandırdı
Paralel.az Report.ge-yə istinadən xəbər verir ki, Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili hökumətin təyin etdiyi həkimlər şurası ilə əməkdaşlığı və dərman qəbul etməyi dayandırıb.
Saakaşviliyə baş çəkdikdən sonra onun müraciətini vəkili Giorgi Qelxauri oxuyub.
müraciətdə deyilir: “Bu gündən sonra aclıq aksiyamı yüngülləşdirmək üçün daha müalicə almayacağam və daha sınaqdan keçirilməyəcəyəm. Gürcüstana ona görə gəldim ki, ölkəmiz nəhayət totalitarizmdə yaşamağa son qoysun. Gürcüstanın dağılmasının qarşısını alacağıma ümidim var idi. Bu seçkidə bunu dayandırmağa çalışmalıyıq. Biləsiniz ki, mənim həyatım tamamilə sizin sabahkı qərarınızdan və Gürcüstanın qələbəsindən asılıdır”.
Xatırladaq ki, Gürcüstanın üçüncü prezidenti oktyabrın 1-də saxlanılıb. Həbsxanada olan Mixail Saakaşvili aclıq aksiyasına başlayıb, aksiya 29 gündür ki, davam edir.
Akif Nəsirli