Ermənilər ABŞ-dan imdad dilədi
Vaşinqton isə onlara dirsək göstərdi
Paralel.az-ın erməni mediasından aldığı məlumata görə, erməni ekspert Ara Papyan deyib ki, dünən amerikalı məmurlarla danışdım. Onlar bildirdilər ki, sizin xalq düzəlməyən rusofillərdir, ruslara ümid edirsiz, gedin Rusiyadan tələb edin, biz sizin tərəfdaş deyilik, niyə bizdən tələb edirsiniz, ölkənizdə rus bazası yaratmısız, elə isə ruslar da sizə kömək etsin: "Sizin mitinqə 3 min adam toplaşır, nə vaxt ki, 50 min adam toplaşar və biz başa düşəcəyik ki, 50 min insan bunu istəyir ki, biz sizinlə olaq, o zaman bu haqda fikirləşərik".
Akif Nəsirli