Sarkisyan Paşinyanı xilasetmə əməliyyatında iştirakını etiraf edib
Paralel.az xəbər verir ki, Armen Sarkisyan bu ilin fevralında generalları kəskin tədbirlər görməməyə inandıraraq, “Paşinyanı xilas et” əməliyyatında iştirakını etiraf edib.
Bu barədə “Razminfo” saytının koordinatoru Karen Vrtanesyan “Facebook” səhifəsində Armen Sarkisyanın Rusiya telekanalına müsahibəsini şərh edərkən yazıb: “Əlbəttə, generallar əvvəldən daha qətiyyətli olsaydılar və Ermənistanın düşmənləri ilə üz-üzə gəlsəydilər, yalançı diplomatik “balet” oynamasaydılar, Sarkisyan çətin ki, havanı dəyişə bilərdi”.
Xəbərə görə, Sarkisyan belə deyib: “Qarışıqlıq oldu və Baş Qərargahımız müəyyən fikirlər söyləməyə başladı. İş o yerə çatdı ki, üç ildə hakimiyyətdə ilk dəfə prezident kimi bu binaya daxil oldum. Mən orduya nəzarət etmirəm, amma ora gedib bütün generallarla ciddi söhbət etməli idim. Yəni belə böhranları aradan qaldırmaq lazım idi”.
Nigar