Rusiya etiraz hüququn çoxdan itirib

Rusiya etiraz hüququn çoxdan itirib
 
Bir neçə gün əvvəl Ukrayna Silahlı Qüvvələrinin mövqələrini irəli çəkməyə cəhd göstərən Donbas separatçılarına “BAYRAKTAR”la zərbə endirməsi Rusiyanın şovinist kəsimi və bu ölkənin mediasını tam ələ keçirmiş erməni əsilli jurnalist, politoloqların ciddi müzakirə mövzusuna çevrilib. Xatırlayırsınızsa İranla Azərbaycan arasında yaşanan gərginlik zamanı da, elə qeyd edilən dairələr müxtəlif məzmunlu dezinformasiya yayır, qarşıdurmanı körükləmək üçün saxta xəbərlər tirajlayırdılar: Guya Azərbaycan İranın hərbi helikopterin vurub, nə bilim İran ərazisinə raket atıb və.s. 
Bugün də həmin dəstə “BAYRAKTAR” məsələsin gündəmdə saxlamaqla Rusiya ilə Türkiyə arasındakı son illərin əməkdaşlığını pozmağa cəhd göstərirlər. Hətta xəbərə münasibət bildirən Rusiyanın erməni kökənli xarici işlər naziri Lavrov-Kələntəryan qeyd edib ki, guya olayı araşdırırlar.
Burda mövzuya dəxli olan kiçik bir haşiyə çıxmaq istəyirik. Məlum olduğu kimi dünyanın aparıcı dövlətlərinin, o cümlədən ABŞ, Rusiya, Çin, Fransa, İsrail, Böyük Britaniyanın ixrac potensialının əsas hissəsini müxtəlif təyinatlı və çaplı silah-sursat təşkil edir. Məsələn ABŞ yalnız 2020-ci ildə silah satışından 100 milyarddan çox gəlir götürüb. Bu rəsmən etiraf olunan rəqəmdir, əslində isə faktiki dövlətin xeyir-duasıyla kontrabanda yolu ilə satılan silah bundan iki dəfə çoxdur. Rusiyanın  silah sənayesinə məsul qurumun yaydığı məlumatda deyilir ki, ölkə ötən il silah satışından 15 milyard dollar qazanc əldə edib. Əlbəttə ki, açıqlanan rəqəm beynəlxalq təşkilatlar üçündür, reallıqda bu rəqəm elan olunandan azı 4 dəfə artıqdır. 44 günlük Vətən Müharibəsində biz Rusiyanın silah qaçaqmalçılığını necə realizə etdiyinin şahidi olduq. 
Qayıdaq Lavrov-Kələntəryan və erməni-rus şovinitlərinin “BAYRAKTAR”a görə Türkiyəni hədəf almasına. Bunların deməsindən belə çıxır ki, əgər Türkiyə Rusiya ilə əməkdaşlıq edirsə heç bir halda Rusiyanın rəqiblərinə, indiki halda Ukraynaya silah satmamalıdır. Bunu o dövlətin təmsilçiləri deyir ki, vətəndaşı olduğu ölkə az qala BMT üzvi olan irili-xırdalı 200-dən artıq ölkəyə silah satır. Bu gün dünyadakı münaqişə ocaqlarında istifadə olunan silah növlərinin əsas hissəsi ABŞ və Rusiya istehsalıdır. Bunu o ölkə təmsilçiləri deyir ki, 40 ildir Türkiyəyə qarşı silahlı terror əsdirən PKK-a yaraqlılarının əlindəki silah onun dövlətinin istehsalıdır. Və bu silahlarla ötən müddətdə arasında yaşlı və uşaqların çoxluq təşkil etdiyi 35 mindən artıq türk vətəndaşı qətlə yetirilib. Bir daha Türkiyənin  Ukraynaya “BAYRAKTAR” satmasından o ölkə qıcıqlanır ki, 30 ildir müttəfiq hesab etdiyi Ermənistanı əksər hallarda pulsuz silah-sursatla, bəzən hərbi kadr və canlı qüvvə ilə, hətta satışı qadağan olunmuş “S-300” tipli uzaq mənzilli raketlə təmin edir. Fikrimizcə Rusiya hansısa ölkənin kimə silah satmasına etiraz etməyə haqqı çatmayanlar siyahısında birinci sırada dayanır.
 
 Səma
 
0.024596929550171