Ayvazyan: “Türkiyə və Azərbaycan Ermənistana psixoloji təzyiq göstərir”
Paralel.az xəbər verir ki, erməni ekspert Qriqori Ayvazyan Türkiyə və Azərbaycan prezidentlərinin Zəngəzur dəhlizi ilə Horadiz-Cəbrayıl-Zəngilan-Ağbəndə yeni avtomobil yolunun təməlini qoyduqlarını bildirərək, Ermənistan tərəfinə psixoloji təzyiq göstərildiyini söyləyib: “Dəhliz”i açmaq istəmədiyinə görə Ermənistana mümkün beynəlxalq təzyiqlərin olması ağlabatan deyil.
Bu yaxınlarda regionda sülh dövrünün başladığı nə qədər açıqlansa da, Azərbaycan prezidenti bu bəyanatlara cavab olaraq hələ də Ermənistan sərhədi yaxınlığındakı hərbi infrastrukturu təhdid etməkdə və gücləndirməkdə davam edir.
Rusiya prezidenti də öz növbəsində infrastrukturların təhlükəsizliyini təmin etməyə hazır olduqlarını bəyan edir. Ona görə də çətin ki, Ermənistana hansısa tərəfdən təzyiq edilsin”.
Nigar