Sarkisyan etiraf edir!
Ermənistan İkinci Qarabağ müharibəsində silahlanma məsələsində Azərbaycandan geri qalıb.
Paralel.az xəbər verir ki, bunu Ermənistanın prezidenti Armen Sarkisyan Rusiyanın RBK telekanalına müsahibəsində deyib.
O vurğulayıb ki, Ermənistan bu müharibəyə hazır olmalı idi: “Ermənistan müharibədə hazırlıq və hərbi-texnoloji baxımdan Azərbaycandan geri qalıb.
Bizim pilotsuz uçuş aparatlarımız olmalı idi, öz aparatlarımızı yaratmalı idik. Ermənistan bu cür müharibəyə, 21-ci əsrin müharibəsinə hazır olmalı idi”.
A.Nəsirli