Tehranın “Evin” zindadında siyasi məhbus özünü yandırdı

Tehranın “Evin” zindadında siyasi məhbus özünü yandırdı
 

Paralel.az xəbər verir ki, həbsdə olan jurnalist Keyvan Səmimi özünün Telegram kanalında Tehranın Evin zindanında bir siyasi məhbusun özünü yandırması ilə bağlı xəbər yayıb.

Məlumatda qeyd olunduğuna görə, Mehdi Darini adlı siyasi məhbus artıq aylardan bəri şərti əfv imkanından istifadə edə bilmək üçün apardığı yazışmalar və etdiyi etirazları cavabsız qaldığı üçün özünü yandıraraq intihara əl atıb. Daha sonra zindan nəzarətçiləri və digər məhbusların müdaxiləsi ilə o, zindanın sağlıq mərkəzinə çatdırılıb.

Keyvan Səmiminin sözlərinə görə, Mehdi Darini artıq uzun müddət imiş ki, tələblərinin yerinə yetirilməyəcəyi halda özünü yandıracağını deyib.
Akif Nəsirli

0.020804882049561