ABŞ-ın Almaniyadan nüvə silahlarını çıxarmasına qarşı etiraz

ABŞ-ın Almaniyadan nüvə silahlarını çıxarmasına qarşı etiraz
 

Paralel.az TASS-a istinadən xəbər verir ki, ABŞ-ın nüvə bombalarının AFR-dən çıxarılması Avropa üçün sabitliyin pozulması ilə nəticələnəcək. Bu barədə Münhen Təhlükəsizlik Konfransının rəhbəri Volfqanq İşinqer bildirib.

Onun fikrincə, Almaniyadan atom silahı aparılacağı təqdirdə bunu Polşa onun ərazisində yerləşdirməyi xahiş edə bilər.
“Mən bunun fəlakətli olacağını düşünürəm. Belə olan halda NATO Rusiyaya daha da yaxınlaşmış olardı”, - İşinqer bildirib.

Bundan əvvəl Amerika döyüş başlıqlarının Almaniyadan çıxarılması zərurətini Yaşıllar Partiyasından Almaniya Federativ Respublikasının kanslerliyinə namizəd Annalena Berbok elan etmişdi. O, Almaniya hökumətinin başçısı postunu alacağı təqdirdə bunun üçün çalışacağını əmin edib.
Akif Nəsirli

0.015922784805298