Rəsmi Ermənistan hələ də xülyalardan əl çəkmir
Paralel.az xəbər verir ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Dağlıq Qarabağın Azərbaycanın tərkibində olmayacağını” bəyan edib: “Artsax Azərbaycanın bir hissəsi olmayacaq. Fakt budur ki, müharibədən sonra ölkənin ali rəhbərliyi - prezident, baş nazir, parlamentin sədri heç vaxt Dağlıq Qarabağda olmayıb. Müxalifət bunu Azərbaycanın təzyiqi ilə izah edir, öz hakimiyyətini tələblərə əməl etməkdə ittiham edir”.
Xəbərə görə, Qriqoryan bildirib ki, baş nazir Nikol Paşinyan bir gün əvvəl parlamentdə hökumət saatında bu məsələyə artıq cavab verib. Lakin təkcə bu qeyd edilib ki, Ermənistanın dövlət rəsmiləri “Dağlıq Qarabağa səfər edir və lazım gələrsə, bu səfərlərə davam edəcək”.
Nigar