Qriqoryan yenə həminki ampulasinda

Qriqoryan yenə həminki ampulasinda
 

Paralel az xəbər verir ki, son günlər Ermənistan Təhlükəsizlik Şurasının baş katibi Armen Qriqoryan çox tez-tez Qarabağın ("Artsax") Azərbaycana təhvil verilməyəcəyindən danışır.
Yeri gəlmişkən bu gün də Ermənistan Təhlükəsizlik Şurasının baş katibi hökumətin təşkil etdiyi brifinqdə bəyan edib ki, ""Artsax" heç vaxt Azərbaycanın tərkibində olmayacaq".
Bəllidir ki, Ermənistan hökuməti həmişə inkişaf edən proseslərdə yalnız öz "uğurlarından" danışır.
Görünür, artıq Rusiya sülhməramlılarının müvəqqəti olaraq nəzarətində olan ərazilərin Azərbaycana qaytarılması məsələsi bağlı qapılar arxasında müzakirə edilir. Bu müzakirə isə xəstə erməni cəmiyyətinə sızır və onda qıcıq yaradır. Qriqoryan isə bu narahatlığı müvəqqəti olaraq aradan qaldırmaq üçün belə bəyanatlar verir.
Akif Nəsirli

0.015287160873413