Ermənistanla Rusiya Ermənistan-Türkiyə münasibətlərini müzakirə edir
Paralel.az xəbər verir ki, Ermənistan və Rusiya Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması məsələlərini müzakirə edirlər. Bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan hökumət iclasından sonra jurnalistlərə bildirib: “Biz dəfələrlə demişik ki, Türkiyə ilə münasibətlərin normallaşdırılmasını müzakirə etməyə hazırıq. Dediyim kimi, rusiyalı həmkarlarımızla bu prosesdə necə irəliləyə biləcəyimizi müzakirə edirik. Tərəflər artıq bu istqamətdə müsbət siqnalların olduğunu qeyd edib. Biz münasibətləri normallaşdırmağa başlaya bilərik”.
Nigar