Rusiyada uşaq ombudsmanı öz işinə başlayıb

Rusiyada uşaq ombudsmanı öz işinə başlayıb
 

Paralel.az xəbər verir ki, Moskva Patriarxlığı Kilsənin Cəmiyyət və Media ilə Əlaqələri Sinodal Departamentinin sədri Vladimir Leqoyda Mariya Lvova-Belovanın Rusiyanın Uşaq Ombudsmanı təyin olunmasını alqışlayıb: “Onunla şəxsən tanış olduğum üçün bu təyinatı ürəkdən alqışlayıram. Əminəm ki, o, yeni vəzifəsində - RF Prezidenti yanında Uşaq Hüquqları üzrə Müvəkkil kimi, vacib, xeyirxah və faydalı olan çox şey edə biləcək”.

Xəbərə görə, Mariya Lvova-Belova beş il müddətinə Rusiya prezidenti yanında uşaq hüquqları üzrə səlahiyyətli nümayəndə təyin edilib: “Uşaq hüquqları üzrə ombudsman çoxsaylı ailə və uşaqlar üçün bu sahədə əhəmiyyətli nəticələr əldə etmək istiqamətində bilik, bacarıq və təcrübəsini tətbiq etmək imkanı verir”.

Məlumata görə, Lvova-Belovanın doqquz övladı var, onlardan dördü övladlığa götürülüb, bundan başqa, qəyyumluqda əlilliyi olan 13 azyaşlı uşaq da var. Lvova-Belova bu gündən vəzifəsinin icrasına başlayıb.

Nigar

0.04915189743042