ABŞ-da ilk gender-neytral pasport verildi
Paralel.az-ın RBC-ya istinadən verdiyi xəbərə görə, ABŞ,-da ilk dəfə olaraq gender-neytiral pasportlar verilməyə başlanıb. Cins sütununda X işarəsi olan pasport özünü nə kişi, nə də qadın cinsinə aid etməyən şəxsə verilə bilər.
"The Guardian"-a görə, ilk pasportu alan 2015-ci ildən bəri sözügedən məsələ ilə bağlı iddia qaldıran Kolorado sakini ola bilər.
ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays RBC-yə verdiyi açıqlamaya görə, ABŞ Dövlət Departamenti ilk gender-neytral pasport verib.
“Departament gender qutusunda X hərfi olan ilk Amerika pasportunu verdi. 2022-ci ilin əvvəlində sistemdə lazımi işi başa çatdıqdan və formanı [ərizə təqdim etmək üçün] yenilədikdən sonra bütün müraciət edənlərə bu seçimi imkanı veriləcək”, - deyə Dövlət Departamentinin mətbuat xidməti bildirib.
X işarəsi nə kişi, nə də qadın ilə eyniləşdirilməyənlər üçündür.
Departament cinsdən asılı olmayan pasportu kimin aldığını açıqlamayıb, lakin "The Guardian"-a görə, bu, Koloradoda yaşayan və 2015-ci ildən bəri cinsiyyətə uyğun olmayan pasporta sahib olmaq hüququ üçün iddia qaldıran interseks Den Zim ola bilər.
İyulun 22-də Argentinada qadın və ya kişi cinsi göstərilmədən şəxsiyyət vəsiqəsinin verilməsinə icazə verilib. “Dövlət öz vətəndaşlarının cinsi oriyentasiyası və ya özlərini hansı cinsə aid etmələri ilə maraqlanmamalıdır. O, uşaqların təhsil alıb-almamasi, peyvənd olunub-olunmaması, sakinlərin vergi ödəyib-ödəməmələri və cinayət törətmələri ilə bağlı narahat olmalıdır"dedi Argentina Prezidenti Alberto Fernandez vurğulayıb.
Argentina vətəndaşı indi şəxsiyyət vəsiqəsinin cins sütununda F (qadın) və ya M (kişi) hərfi yerinə X işarəsi qoya bilər.
Akif Nəsirli