Paşinyan sərhədlərin Putinin bəhs etdiyi xəritələr əsasında müəyyən ediləcəyindən danışır
Paralel.az xəbər verir ki, Paşinyan Ermənistan və Azərbaycanın sərhədlərinin Putinin dediyi xəritələr əsasında müəyyən ediləcəyini istisna etməyib: “Ermənistanla Azərbaycan arasında sərhədi müəyyən etmək üçün sovet xəritələrinin kifayət qədər hüquqi əsası var. Rusiya prezidenti Vladimir Putinin əvvəllər qeyd etdiyi delimitasiya kartları “Ermənistanın inzibati-ərazi bölgüsü haqqında” qanunda təsvir olunan sərhədlərlə 100 faiz olmasa da, ən azı 99 faiz uyğundur. Onlar ittifaq respublikalarının xəritələri ilə üst-üstə düşür. Bundan başqa, bu xəritələrdən hansının sərhədi təyin etmək üçün başlanğıc nöqtəsi olacağını başa düşməliyik. Axı ittifaq respublikaları arasında sərhədlər dəfələrlə dəyişib. Bu dəyişikliklər müxtəlif səbəblərdən edilə bilər. Ola bilsin ki, rayon soveti məsələn, otlaq sahəsini qonşu respublikanın qardaş rayonuna və ya əksinə verdi. Kartların necə, nə vaxt və niyə dəyişdiyini başa düşməliyik”.
Nigar