SEPAH Əfqan qaçqınlarını Taliban təhvil verir
Paralel az-ın məlumatına görə, sosial şəbəkələrdə yayılan görüntülərdən bəlli olur ki, İranda Əfqanistandan olan qaçqınlara qarşı qeyri-insani və alçaldıcı davranışı göstərir.
Sosial şəbəkələrdə yayılan görüntüdə İran hökumətinin Əfqan qaçqınlara qarşı necə qeyri-insani və alçaldıcı rəftar etdiyi görülür.
Əfqan qaçqınlar tutularaq, geyimlərindən bir-birinə bağlanmış vəziyyətdə şallaq vurularaq SEPAH-ın İranşəhrdə yerləşən düşərgəsinə aparılır.
Əldə olunan məlumata görə, qaçqınları xüsusi düşərgəyə aparıb, daha sonra sərhəddə Taliban qüvvələrinə təhvil verəcəklər.
Akif Nəsirli