Ağdamda kütləvi məzarlıq aşkarlandı

Ağdamda kütləvi məzarlıq aşkarlandı
 

Paralel.az xəbər verir ki, Ağdam rayonunun işğaldan azad olunmuş ərazilərində insan skeletləri aşkarlanıb.

Hadisə rayonun Uzundərə adlanan ərazisində qeydə alınıb.

Bərdə-Ağdam yolunun təxminən 37-ci kilometrliyində yol tikintisi texnikaları qazıntı işləri apararkən skeletlər aşkarlanıb. Sümüklər təxminən əsas yoldan 300 metr kənarda, yol yatağının torpaqla təmin edilməsi üçün aparılan qazıntı işləri zamanı ortaya çıxıb.

Skeleti tapılan şəxslərin paltarlı basdırıldığı müəyyən olunub.
Şahidlərin dediklərinə görə, sümüklərin ətrafındakı paltar qalıqları qadın və kişiyə aid olub.
Akif Nəsirli

0.010808944702148