İran idmançıları xaricə axışır

İran idmançıları xaricə axışır
 

Əli Dayi: "Ölkədəki vəziyyətə görə dövlət rəsmilərinin yerinə xəcalət çəkirəm".

Paralel az xəbər verir ki, dünyaca məşhur ərdəbilli futbolçu Əli Dayi yeni çıxışında İran hökumətinin beynəlxalq turnirlərdə çempion olan idmançılara dəyər verməməsini və ölkədəki acınacaqlı iqtisadi vəziyyəti kəskin tənqid edib.

O, hökumətin dünya miqyaslı yarışlarda çempion olan idmançılara verdiyi mükafatın çox aşağı olduğunu və onların heç bir işinə yaramadığını deyib.

Əli Dayinin sözlərinə görə, buna görə İranın güclü idmançıları başqa ölkələrə üz tutmağa və onların bayrağı altında yarışmağa can atırlar.

Ölkədəki ağır iqtisadi vəziyyəti və idmançıların durumunu kəskin tənqid edən Dayi buna görə məsul şəxslərin yerinə xəcalət çəkdiyini deyib.
Akif Nəsirli

0.019183874130249